3 may 2026. Bazar günü

İsgəndərli Samsunspor'a qarşı 73 dəqiqə oynadı


İsgəndərli Samsunspor'a qarşı 73 dəqiqə oynadı

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Samsunspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Keçiörengücü” dörd turdan sonra 4 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü