- Türkiyə S.L.
- 22:00 22.11.2024
Başakşəhər'lə səfər matçında zədələnən Fənərbaxça'nın yarımmüdafiəçisi M.Valbuena'nın durumuna ayınlıq gəlib.
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada ayağından zədələnən fransalı futbolçunun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.Digər zədəli Nabil Dirarın isə ağrılarının hələ də olduğu və bu səbəbdən 26-cı turda "Sivasspor"a qarşı oynamayacağı bildirilib.
Qeyd edək ki, Fənərbaxça - Sivasspor oyunu martın 15-də keçiriləcək.