7 avqust 2026. Cümə

Namik Ələskərovla görüş – Hazır ol!


Namik Ələskərovla görüş – Hazır ol!

Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Fatih Təkkə azərbaycanlı yarımmüdafiəçi Namik Ələskərovla xüsusi görüş keçirib.

Corner.az xəbər verir ki, bu barədə “bursaspordabugün.com” saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis, görüşdə Namikə növbəti oyun üçün “hazır ol” deyib.

Namikin 1-ci liqanın 6-cı turunda “Tuzlaspor”la keçiriləcək oyunda əsas heyətdə yer alması gözlənilir.

Sabah keçiriləcək “Tuzlaspor” – “Bursaspor” oyunu saat 14:30-da başlayacaq.







Türkiyə S.L.