3 may 2026. Bazar günü

Ələskərov'un komandası yenə baş məşqçisiz qaldı


Ələskərov'un komandası yenə baş məşqçisiz qaldı

Türkiyənin “Bursaspor” klubu baş məşqçisi Fatih Təkkə ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da şərəfini qoruduğu bu komanda bu gün səfərdə “Tuzlaspor”un qonağı olub və meydandan 1 xalla ayrılıb – 0:0. Bu matçdan sonra 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb.

Bursa təmsilçisi Təkkənin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib. O, avqustun 24-də bu komandaya baş məşqçi təyin olunmuşdu. Bu, “Bursaspor”da cari mövsümdəki ikinci baş məşqçi istefasıdır.







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü