21 iyun 2026. Bazar günü

İsgəndərli penaltini qaçırdı, komandası uduzdu


İsgəndərli penaltini qaçırdı, komandası uduzdu
Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi qarşılaşmanın 27-ci dəqiqədə penaltidən yararlana bilməyib.
 
“Keçiörengücü” 6 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı