30 yanvar 2026. Cümə

Beşiktaş'ın iki futbolçusu sıradan çıxdı


Beşiktaş'ın iki futbolçusu sıradan çıxdı

Türkiyənin "Beşiktaş" klubu daha iki futbolçusunu itirib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Raşid Qezzal və hücumçu Mişi Batşuayi VI turda "Adana Demirspor"a qarşı keçirdikləri matçda sıradan çıxıb.

Onlar növbəti tur "Altay"la görüşdə komandasına kömək edə bilməyəcəklər. Hər iki oyunçunun Niderlandda "Ayaks"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur görüşündək sağalmaları planlaşdırılır.

Domaqoy Vida, Kevin N Kudu, Necip Uysal, Mehmet Topal və Aleks Teyşeyran da zədə səbəbindən görüşləri buraxacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Adana Demirspor" qarşılaşması 3:3 hesablı heç-heçə ilə bitib. Sentyabrın 24-də keçiriləcək "Altay" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu