3 may 2026. Bazar günü

Super Liqa tarixinin ən erkən qolu vuruldu


Super Liqa tarixinin ən erkən qolu vuruldu

Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.

Corner.az xəbər verir ki, “Qaziantep”in hücumçusu Məhəmməd Dəmir Super Liqa tarixinin ən erkən qoluna imza atıb.

29 yaşlı futbolçu bunu 5-ci tur çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyununda rəsmiləşdirib. O, bu görüşün 9-cu saniyəsində rəqib qapısına yol tapıb.

Əvvəlki rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008-ci ildə “Əskişəhəspor”la matçın (3:4) 12-ci saniyəsində fərqlənmişdi.

“Qaziantep” “Başakşəhər”lə oyunda məhz bu tarixi qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü