6 avqust 2026. Cümə axşamı

Qalatasaray evdə, Fənərbaxça səfərdə uddu


Qalatasaray evdə, Fənərbaxça səfərdə uddu
Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü dahad dörd qarşılaşma baş tutub.
 
Ötən tur “Kayserispor”a üç cavabsız qolla məğlub olan “Qalatasaray”ın bu turda doğma meydanda “Göztəpə”ni qəbul edib. İstanbul təmsilçisi bu matçda əzmkar qələbə qazanıb.
 
“Fənərbaxça” da səfərdə “Hatayspor”un qonağı olub və qələbə ilə dönməyi bacarıb.
 
“Başakşəhər” doğma meydanda “Rizəspor”u qəbul edib və böyük hesabla qalib gəlibsə, “Girəsunspor” – “Kayserispor” matçı qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası
7-ci tur
24 sentyabr
 
Altay – Beşiktaş 2:1
Qol: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.
 
25 sentyabr
 
Sivasspor – Fatih Karagümrük 4:0
Qol: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.
 
Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol: G.Vural, 89.
 
Adana Dəmirspor – Qaziantep 4:0
Qol: Y.Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.
 
26 sentyabr
 
Girəsunspor – Kayserispor 1:1
Qol: Diabate, 21 – Attamah, 17.
 
Başakşəhər – Rizəspor 3:0
Qol: Okaka, 25; 55; 75.
 
Hatayspor – Fənərbaxça 1:2
Qol: S.Luis, 70 – Rossi, 17. Novak, 29.
 
Qalatasaray – Göztəpə 2:1
Qol: H.Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43.






Türkiyə S.L.