21 iyun 2026. Bazar günü

Vüsal İsgəndərli üçün 45 dəqiqə


Vüsal İsgəndərli üçün 45 dəqiqə
Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Tuzlaspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
 
“Keçiörengücü” 8 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı