21 iyun 2026. Bazar günü

Türkiyə klubuna transfer qadağası qoyuldu


Türkiyə klubuna transfer qadağası qoyuldu

FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib.

Corner.az "Milliyet"ə istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu David Akintolaya 100 000 avro borcunu ödəməməsi səbəb olub.

Superliqa təmsilçisinin cəzası nigeriyalı vingerə ödəniş baş tutduqdan sonra aradan qaldırılacaq.

Qeyd edək ki, David Akintola 2020/2021 mövsümündə "Hatayspor"da çıxış edib. O, iyulda "Adana Demirspor"la müqavilə imzalayıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı