21 iyun 2026. Bazar günü

İsgəndərlinin komandası evdə uduzdu


İsgəndərlinin komandası evdə uduzdu

Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Corner.a, xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kocaelisspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 14-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” 9 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı