17 mart 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda ilk qolunu vurdu


Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda ilk qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu 1-ci liqada növbəti oyununu keçirib.

Corner.az-ın məlumatına görə, komanda 10-cu turda "Balıkesirspor"la qarşılaşıb.

Qarşılaşma "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə komandasının ilk qolunun müəllifi olub.

Beləliklə, Namik Ələskərov Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qoluna imza atıb.

Yarımmüdafiəçi 88-ci dəqiqədə əvəzlənib.

Doqquz oyundan sonra xallarının sayını 11-ə çatdıran "Bursaspor" 9-12-ci yerləri bölüşdürür.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu