26 aprel 2026. Bazar günü

Azərbaycanlı futbolçu Türkiyədə daha bir qol vurdu


Azərbaycanlı futbolçu Türkiyədə daha bir qol vurdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Gənclərbirliyi”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da İsgəndərli vurub. Azərbaycanlı futbolçu 51-ci dəqiqədə fərqlənib. Bu, onun Türkiyə klubunda vurduğu 3-cü qoldur.

“Keçiörengücü” 12 turdan sonra 10 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.







Türkiyə S.L.

Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü
Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu