21 iyun 2026. Bazar günü

Namik Ələskərov Bursaspor'da növbəti qolunu vurdu


Namik Ələskərov Bursaspor'da növbəti qolunu vurdu
Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Kocaelispor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namik imza atıb. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.
 
“Bursaspor” 12 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı