10 may 2026. Bazar günü

Ələskərov'lu Bursaspor yenə uduzdu


Ələskərov'lu Bursaspor yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Bursa təmsilçisinin 28-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Bursaspor” 13 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi