10 may 2026. Bazar günü

İsgəndərli oynamadı, komandası səfərdə uduzdu


İsgəndərli oynamadı, komandası səfərdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dənizlispor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.

Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Keçiörengücü” 13 turdan sonra 10 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi