21 iyun 2026. Bazar günü

Heç kimi günahlandırmaq istəmirəm


Heç kimi günahlandırmaq istəmirəm

“Qalatasaray”ın futbolçusu Fernando Muslera Super Liqada “Fənərbaxça”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 35 yaşlı uruqvaylı qapıçı, 1:2 hesabıyla uduzduqları oyunu belə şərh edib:

“Derbilərin çətin olduğunu bilirsiz. Bu oyunda özümüz özümüzə problem yaratdıq. İlk hissədə yaxşı oynadıq. Hesabı da açmışdıq. Buraxdığımız qollar öz səhvlərimizdən qaynaqlanır. Belə oyunlarda bu cür səhvlər rəqib tərəfdən bağışlanılmır.

Oyunun qırılma anı ikinci qol oldu. Oyunda nəzarət etdiyimiz bir vaxtda hesabda geri düşdük. Yaxşı oynadığımız vaxtda etdiyimiz bir səhv bizə baha başa gəldi. Heç kimi günahlandırmaq istəmirəm. Komanda yoldaşlarım çox çalışdılar”.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı