6 may 2026. Çərşənbə

Fatih Terimə 5 oyunluq cəza verildi


Fatih Terimə 5 oyunluq cəza verildi

Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

Corner.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin evdə "Fənərbaxça"ya 1:2 hesabı ilə məğlub olduqları Superliqanın 13-cü tur matçında baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub.

Həmin qarşılaşmada qırmızı vərəqə ilə texniki zonadan qovulan Terim 5 oyunluq diskvalifikasiya cəzası alıb. O, derbidəki qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının başında ola bilməyəcək.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi