6 avqust 2026. Cümə axşamı

Ələskərov'lu Bursaspor'dan növbəti məğlubiyyət


Ələskərov'lu Bursaspor'dan növbəti məğlubiyyət

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Gənclərbirliyi”nin qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 14 turdan sonra 14 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.







Türkiyə S.L.