6 dekabr 2025. Şənbə

Beşiktaş'da Mert Günok şoku


Beşiktaş'da Mert Günok şoku

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Mert Günök sıradan çıxıb.

Super Liqanın 14-cü turu çərçivəsində baş tutan “Girəsunspor”la matçda (0:4) dizindən ağır zədələnən 32 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan uzaqda qalacağı müəyyənləşib.

Matçın sonlarında zədələnən və meydanı xərəkdə tərk edən təcrübəli qapıçı dərhal xəstəxanaya aparılıb. Onun sol diz çapraz bağının qopduğu müəyyənləşib. Ən qısa zamanda əməliyyat olunacaq Mertin azı 6 aylıq müalicə kursu keçəcəyi bildirilir.







Türkiyə S.L.

 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə
İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə