21 iyun 2026. Bazar günü

Beşiktaş'da növbəti ciddi itki


Beşiktaş'da növbəti ciddi itki
Türkiyənin “Beşiktaş” klubu daha bir ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniyalı futbolçunun zədə səbəbindən Super Liqanın 15-ci turu çərçivəsində baş tutacaq “Kasımpaşa” ilə səfər oyununu buraxacağı vurğulanıb. 31 yaşlı yarımmüdafiəçinin UEFA Çempionlar Liqasında Dormtund “Borussiya”sı ilə (Almaniya) görüşdə isə meydanda olması gözlənilir.
 
“Kasımpaşa” – “Beşiktaş” matçı dekabrın 3-də keçiriləcək. Türkiyə təmsilçisinin “Borussiya” ilə görüşü isə dekabrın 7-də baş tutacaq.
 






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı