25 aprel 2026. Şənbə

İki qapıçısıda meydandan qovuldu, penaltilərlə mərhələ adladı - VİDEO


İki qapıçısıda meydandan qovuldu, penaltilərlə mərhələ adladı - VİDEO

Futbol üzrə Türkiyə kubokunun 4-cü təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Hatayspor” – “Eyüpspor” matçında futbol tarixində çox az rastlanacaq hadisə yaşanıb.

Corner.az xəbər verir ki, bu görüşdə meydan sahiblərinin hər iki qapıçısı qırmızı vərəqə alaraq meydandan qovulsalar da  meydan sahibləri mərhələ adlayıb.

“Hatayspor”un əsas qapıçısı Abdullah Yigiter 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Komanda əsas vaxtda 5 əvəzetmə hüququnun hamısından istifadə etdiyi üçün hücumçu Mame Diuf qapıya keçib.

Əlavə vaxtda ehtiyat dəyişiklik hüququndan istifadə edən “Hatayspor” ikinci qapıçı Yavuz Buğra Boyarı oyuna daxil etsə də,  o da 120+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və yenidən Mame Diuf qapını qorumaq məcburiyyətində qalıb.

Penaltilər seriyasında ilk zərbəni məhz Diuf yerinə yetirib və dəqiq olub. Daha sonra 33 yaşlı futbolçu yenidən qapıya keçib. Yekunda “Hatayspor” penaltilər seriyasında 6:5 hesabı ilə qələbə qazanaraq mərhələ adlayan tərəf olub.







Türkiyə S.L.

Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə