5 noyabr 2026. Cümə axşamı

Namik Ələskərov: Qələbəyə ehtiyacımız var idi


Namik Ələskərov: Qələbəyə ehtiyacımız var idi

"Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Bursaspor"un azərbaycanlı futbolçusu Namik Ələskərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Komandasının ikinci qolunu vuran 26 yaşlı yarımmüdafiəçi qələbələrin davamını gətirmək üçün çalışacaqlarını bildirib: "Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq".

Qeyd edək ki, Namik Əsəlkərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.







Türkiyə S.L.