21 iyun 2026. Bazar günü

İsgəndərli üçün yarım saat və 1 xal


İsgəndərli üçün yarım saat və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Menemenspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Keçiörengücü” 15 turdan sonra 14 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı