6 may 2026. Çərşənbə

İsgəndərlinin komandasından çətin qələbə


İsgəndərlinin komandasından çətin qələbə
Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda çətin qələbə qazanıb - 3:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.
 
“Keçiörengücü” 16 turdan sonra 17 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi