Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Səfərdə “Fatih Karagümrük”ün qonağı olan “Konyaspor” darmadağınla qələbə qazanaraq liderlər qrupundakı mövqeyini möhkəmləndirib. “Rizəspor” isə “Göztəpə”yə qalib gəlib.
Son turlarda uğurlu çıxış edən “Başakşəhər” doğma meydanda "Kasımpaşa”nı qəbul edib və növbəti qələbəsini qazanıb.
Lider “Trabzonspor” isə səfərdə "Antalyaspor”un qonağı olub. Qaradəniz təmsilçisi bu görüşdə cari mövsümdəki ilk məğlubiyyəti ilə üzləşib.
Türkiyə Super Liqası
16-cı tur
10 dekabr
Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.
11 dekabr
Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.
Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.
Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.
Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.