6 may 2026. Çərşənbə

Ələskərov'un qolu Bursaspor'a 1 xal qazandırdı


Ələskərov'un qolu Bursaspor'a 1 xal qazandırdı
Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Manisa”nı qəbul edib. Ələskərov'un komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da məhz Ələskərov olub. O, 51-ci dəqiqədə rəqib qapısından top keçirsə də, komandası qələbə hesabını sonadək qorumağı bacarmayıb.
 
“Bursaspor” 16 turdan sonra 18 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi