23 oktyabr 2024. Çərşənbə

Vüsal İsgəndərli Türkiyə klubunda növbəti qolunu vurdu


Vüsal İsgəndərli Türkiyə klubunda növbəti qolunu vurdu
 Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Ərzurumspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Komandasının sonuncu qolunu da məhz 26 yaşlı futbolçumuz vurub. 90+5-ci dəqiqədə fərqlənən azərbaycanlı futbolçu komandasını məğlubiyyətdən xilas edib.
 
“Keçiörengücü” 18 turdan sonra 19 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi