6 may 2026. Çərşənbə

Ələskərovlu Bursaspor evdə uduzdu


Ələskərovlu Bursaspor evdə uduzdu
Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub- 0:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
 
“Bursaspor” 18 turdan sonra 18 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi