- Türkiyə S.L.
- 22:00 22.11.2024
Türkiyənin "Fənərbaxça" klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstanbul təmsilçisi 53 yaşlı mütəxəssisin rəhbərliyi altında UEFA Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasında çıxış edir. "Sarı Lacivərt'lər Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin iyulunda "Fənərbaxça"nın sükanı arxasına keçən Vitor Pereyra 2015/2016 mövsümündə İstanbul təmsilçisini çalışdırıb.