21 iyun 2026. Bazar günü

Qalatasaray'dan qələbə, Lider Başakşəhər'lə heç-heçə etdi


Qalatasaray'dan qələbə, Lider Başakşəhər'lə heç-heçə etdi
Türkiyə Super Liqasında 19-cu turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Kasımpaşa” doğma meydanda “Altay”ı qəbul edib və inamlı qələbə qazanıb. “Girəsunspor” evdə “Hatayspor”la oyunda məğlubiyyətlə üzləşib. “Qalatasaray” isə “Antalyaspor”ı qəbul edib və 8 oyundan sonra  qələbəyə sevinib.
 
Turun mərkəzi görüşündə lider “Trabzonspor” doğma meydanda çempionatda son 10 matçdır məğlubiyyətlə üzləşməyən “Başakşəhər”i qəbul edib. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.
 
Türkiyə Super Liqası
19-cu tur
25 dekabr
 
Kasımpaşa – Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.
 
Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
 
Qalatasaray – Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
 
Trabzonspor – Başakşəhər 0:0






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı