21 iyun 2026. Bazar günü

İsgəndərlinin komandası səfərdə uduzdu


İsgəndərlinin komandası səfərdə uduzdu
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ankaragücü”nün qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin futbolçusu 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Keçiörengücü” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı