Bursaspor” TFF Liqa 1-də mövsümün ilk yarısını 19 xalla 17-ci pillədə başa vuran "Bursaspor"un yarımil ərzindəki göstəriciləri açıqlanıb. Corner.az xəbər verir ki, Bursa mətbuatının araşdırmasına görə, Azərbaycan millisinin üzvü Namik Ələskərov 2 göstəricidə ən yaxşılar arasına düşməyi bacarıb.
18 oyunda 5 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə yadda qalan "yaşıl-ağlar" ümumilikdə 22 qola imza atıb. Ümumilikdə, 195 qayda pozuntusunun qeydə alındığı dövrə ərzində 35 sarı və 2 qırmızı vərəqə alan “Bursaspor” 40 dəqiq ötürmə edib. "Timsah"da orta hesabla topla oynama göstəricisi 52 faiz olub.
"Bursaspor"un "ən"ləri aşağıdakılardır:
Ən çox oynayan oyunçu
Batuhan Kör: 18 oyun; 833 dəqiqə.
Ən çox meydanda olan oyunçu
Burak Altıparmak: 1438 dəqiqə; 17 oyun
Ən çox qol vuran:
Namik Ələskərov - Massimo Bruno: 4 qol
Ən çox assist edən oyunçu:
Namik Ələskərov - Massimo Bruno: 4 ötürmə
Ən çox sarı vərəqə alan oyunçu:
İsmayıl Yüksək: 7 vərəqə
Ən çox qırmızı vərəqə alan oyunçu:
Tim Matavaz-Nicolas Zalazar: 1 vərəqə