17 mart 2026. Çərşənbə axşamı

Fənərbaxça'nın TFF-dən Superkubok tələbi


Fənərbaxça'nın TFF-dən Superkubok tələbi

"Fənərbaxça" 2011-ci ildə oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Super Kuboku uğrunda matçın oynanılmasını tələb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

"Fənərbaxça" klubu danışılmış oyunlarda ittiham olunan klubun sabiq prezidenti Aziz Yıldırımla bağlı Ali Məhkəmənin verdiyi bəraət hökmündən sonra bu addımı atıb.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında 2010/2011 mövsümünü çempion kimi başa vurub. "Sarı-lacivərdlilər" superkubok uğrunda ölkə kubokunun ovaxtkı qalibi "Beşiktaş"la qarşılaşmalı olsa da, oyun məlum qalmaqal səbəbindən baş tutmayıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu