17 mart 2026. Çərşənbə axşamı

Türkiyə superkuboku Beşiktaş'ın!


Türkiyə superkuboku Beşiktaş'ın!
Türkiyə superkubokunun qalibi bəlli olub. Corner.az xəbər verir ki, superkubok uğrunda “Beşiktaş” və “Antalyaspor” komandaları üz-üzə gəlib.
 
Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmada Super Liqanın və ölkə kubokunun sonuncu qalibi olan  "Beşiktaş" bu görüşdə də üstün olub. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan İstanbul təmsilçisi superkubokun qalibi olub.
 
“Beşiktaş” tarixində 9-cu dəfə superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə superkubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə.
 
Türkiyə superkuboku
5 yanvar
 
Beşiktaş – Antalyaspor 1:1 (penaltilər 4:2)
Qol: A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu