17 mart 2026. Çərşənbə axşamı

Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər


Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər
2011-ci il Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər. Corner.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ertem Şener sosial şəbəkə hesabında məlumat yayıb.
 
O bildirib ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Müəllif tarix açıqlamayıb.
 
2011-ci ildə “Fənərbaxça” Türkiyə çempionu olub, "Beşiktaş" isə ölkə kubokunu qazanıb. Ancaq həmin vaxt oyun alveri ilə bağlı araşdırma aparıldığı üçün Super Kubok matçı keçirilməyib.
 
2021-ci ilin 27 dekabrında "Fənərbaxça" tərəfi tam bəraət alıb. Bundan 3 gün sonra klub Türkiyə Futbol Federasiyasına müraciət edərək həmin matçın oynanılmasını tələb edib. "Beşiktaş" tərəfi TFF-nin verəcəyi qərara hörmətlə yanaşacağını, lazım olarsa, meydana çıxacaqlarını bildirib. Federasiya rəhbəri Nihat Özdemir bu məsələnin İdarə Heyətinin iclasında gündəmə gətirəcəyini və lehinə səs verəcəyini açıqlayıb.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu