6 avqust 2026. Cümə axşamı

Beşiktaş'ın daha 2 futbolçusu koronavirusa yoluxdu


Beşiktaş'ın daha 2 futbolçusu koronavirusa yoluxdu

Türkiyənin "Beşiktaş" klubunda koronavirusa yoluxma hallarının sayı artıb.

Corner.az rəsmi saytına istinadən xəbər verir ki, son testlərdən sonra daha 2 futbolçudan götürülmüş Covid-19 testinin nəticəsi müsbət çıxıb.

İnfeksiya aşkaralanan oyunçuların adları açıqlanmayıb. Hər iki futbolçunun karantinə alındığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl "Beşiktaş"ın baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoxulub.







Türkiyə S.L.