10 may 2026. Bazar günü

Beşiktaş səfərdən 1 xalla döndü


Beşiktaş səfərdən 1 xalla döndü
Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Səfərdə “Konyaspor”un qonağı olan “Sivasspor” minimal hesabla qələbə qazanıb. “Kayserispor” doğma meydanda “Altay” üzərində oxşar qələbə qazanıb. 
 
“Göztəpə” doğma meydanda “Antalyaspor”u qəbul edib və  dörd cavabsız qolla qalib gəlib. Son çempion “Beşiktaş” isə “Rizəspor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası
20-ci tur
7 yanvar
 
Trabzonspor – Yeni Malatyaspor 1:0
Qol: Kornelius, 23.
 
8 yanvar
 
Qaziantep – Fatih Karagümrük 3:1
Qol: F.Soyalp, 6. M.Dəmir, 18. Fiqeyredo, 73 – E.Mor, 51.
 
Alanyaspor – Başakşəhər 1:1
Qol: Babakar, 13 – Kaysara, 45.
 
Kasımpaşa – Hatayspor 3:1
Qol: Eysserik, 1. U.Bozok, 6. Travnik, 50 – O.Ergün, 75.
 
Qalatasaray – Girəsunspor 0:1
Qol: M.Süleymanov, 11.
 
9 yanvar
 
Konyaspor – Sivasspor 0:1
Qol: Ceyms, 66.
 
Göztəpə – Antalyaspor 4:0
Qol: Nukan, 22. Ndiaye, 51; 61; 78.
 
Kayserispor – Altay 1:0
Qol: M.Pektemek, 33.
 
Rizəspor – Beşiktaş 2:2
Qol: Pohyanpalo, 56; 68 – Batşuayi, 25. E.İlkhan, 60.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi