21 iyun 2026. Bazar günü

İsgəndərlinin komandasından səfərdə qələbə


İsgəndərlinin komandasından səfərdə qələbə
Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Altınordu”nun qonağı olub. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.
 
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Keçiörengücü” 20 turdan sonra 22 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı