21 iyun 2026. Bazar günü

Qalatasaray Terimdən sonra 7 nəfəri də göndərdi


Qalatasaray Terimdən sonra 7 nəfəri də göndərdi

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha 7 nəfərlə vidalaşıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 69 yaşlı mütəxəssisin köməkçiləri Necati Ateş və Selçuk İnanla əməkdaşlığa son qoyub.

Həmçinin inzibati direktor Şükrü Hanedar, idman koordinatoru Fatih İbradı, mətbuat katibi Eray Sözen, "Florya Metin Oktay" bazasının direktoru Fahri Yılmaz və onun müavini Ender Uysal vəzifələrindən azad ediliblər.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı