5 noyabr 2026. Cümə axşamı

Super Liqa klubu baş məşqçisiz qaldı


Super Liqa klubu baş məşqçisiz qaldı

Türkiyənin "Altay" klubunun baş məşqçisi Mustafa Denizli istefa verib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 İzmir təmsilçisinin sükanı ötən ilin aprelindən təcrübəli mütəxəssisə həvalə olunmuşdu.

Qeyd edək ki, Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.







Türkiyə S.L.