21 iyun 2026. Bazar günü

Trabzonspor'un 2 futbolçusu koronavirusa yoluxdu


Trabzonspor'un 2 futbolçusu koronavirusa yoluxdu
Türkiyənin “Trabzonspor” komandasında iki futbolçu koronavirusa yoluxub. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Ölkə çempionatının 21-ci turu çərçivəsində baş tutacaq “Sivasspor”la səfər oyunundan öncə Trabzon təmsilçisinin bütün üzvlərindən COVİD-19 testi götürülüb. Futbolçulardan ikisinin testlərinin nəticəsinin pozitiv çıxdığı vurğulanıb. Adları açıqlanmayan oyunçular karantinə alınıblar və Sivasa aparılmayacaqlar.
 
“Sivasspor” – “Trabzonspor” oyunu yanvarın 15-də keçiriləcək. Trabzon təmsilçisi 20 oyuna topladığı 49 xalla turnir cədvəlinə başçılıq edir.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı