30 yanvar 2026. Cümə

Qalatasaray səfərdə uduzdu


Qalatasaray səfərdə uduzdu
Türkiyə Super Liqasında 21-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
“Altay” doğma meydanda “Alanyaspor”u, “Girəsunspor” isə “Kasımpaşa”nı qəbul edib. Hər iki oyunda qonaqlar qələbə qazanıb.
 
Baş məşqçi postuna Domenek Torreni gətirən “Qalatasaray” bu turda səfərdə “Hatayspor”un qonağı olub. Altı qolun qeydə alındığı matçda İstanbul təmsilçisi məğlub olub.
 
Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.
 
Türkiyə Super Liqası
21-ci tur
14 yanvar
 
Beşiktaş – Qaziantep 1:0
Qol: Batşuayi, 67.
 
Yeni Malatyaspor – Göztəpə 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.
 
15 yanvar
 
Adana Dəmirspor – Kayserispor 1:1
Qol: Assombalonqa, 26 – K.Mane, 87.
 
Sivasspor – Trabzonspor 1:1
Qol: L.Ceyms, 20 – A.Ömür, 24.
 
Fatih Karagümrük – Rizəspor 2:0
Qol: A.Peşiç, 31. S.Dursun, 75.
 
Antalyaspor – Fənərbaxça 1:1
Qol: D.Sinik, 81 – Sosa, 72.
 
16 yanvar
 
Altay – Alanyaspor 0:2
Qol: E.Akbaba, 26. O.Aydın, 81.
 
Girəsunspor – Kasımpaşa 0:2
Qol: Ben Uanes, 12. Haderqyonay, 65-pen.
 
Hatayspor – Qalatasaray 4:2
Qol: M.Diuf, 43-pen. M.Kamara, 62. Lobjanidze, 79; 90+1 – E.Kılınc, 23. K.Aktürkoğlu, 45+8.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu