23 oktyabr 2024. Çərşənbə

Super Liqa matçı güclü qara görə yarıda qaldı


Super Liqa matçı güclü qara görə yarıda qaldı
Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qaziantep” - “Yeni Malatyaspor” matçı yarıda dayandırılıb. Corner.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.
 
Belə ki, bu gün Qaziantepdə yağan güclü qar oyunun davam etdirilməsinə imkan verməyib. İlk hissəsi qolsuz bitən matçın fasiləsində komandalar və hakimlər briqadası oyunu təxirə salmaqla bağlı razılığa gəliblər. Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.
 
Maraqlıdır ki, “Yeni Malatyaspor”un baş məşqçisi Marius Şumudiça hakimlərin bu qərarını bəyənməyib. O, israrla oyunun davam etdirilməsi tələb edib. Nəticədə rumıniyalı mütəxəssis etirazları səbəbindən qırmızı vərəqə ilə cəzalandırılıb.
 
Son rəsmi açıqlamaya görə, sözügedən qarşılaşma sabah yerli vaxtla saat 17:00-da qaldığı yerdən davam etdiriləcək.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi