17 mart 2026. Çərşənbə axşamı

Super Liqada daha bir oyun təxirə salındı


Super Liqada daha bir oyun təxirə salındı
Türkiyə Super Liqasının 22-ci turunun daha bir oyunu təxirə salınıb. Corner.az xəbər verir ki, bu gün keçirilən “Rizəspor” - “Antalyaspor” matçı əlverişsiz hava şəraiti səbəbindən yarıda dayandırılıb.
 
Rizədə təşkil olunan qarşılaşmanın 23-cü dəqiqədə güclənən qar yağışına görə matçın başqa vaxt davam etdirilməsi qərara alınıb. İlkin qərara görə, qarşılaşma sabah yerli vaxtla saat 17:00-da qaldığı yerdən davam etdiriləcək.
 
Xatırladaq ki, ötən gün “Qaziantep” - “Yeni Malatyaspor” matçı da oxşar səbəbindən yarıda qalmışdı. Əvvəlcə oyunun bu gün davam etdirilməsi nəzərdə tutulsa da, bu, əlverişsiz hava şəraitinə görə yenə alınmayıb. Bu matçın nə vaxt keçiriləcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu