6 may 2026. Çərşənbə

Qalatasara yenə məğlub oldu


Qalatasara yenə məğlub oldu
Türkiyə Super Liqasında 22-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
 
“Rizəspor” doğma meydanda “Antalyaspor”u qəbul edib və inamlı qələbə qazanıb."Alanyaspor” doğma meydanda “Hatayspor”u qəbul edib və darmadağınla qalib gəlib. “Qalatasaray” isə doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib və  məğlubiyyətlə üzləşib.
 
Türkiyə Super Liqası
22-ci tur
18 yanvar
 
Fatih Karagümrük – Beşiktaş 0:1
Qol: Batşuayi, 39-pen.
 
Konyaspor – Adana Dəmirspor 1:0
Qol: Rahmanoviç, 53.
 
Qaziantep – Yeni Malatyaspor matçı yarıda qalıb
 
19 yanvar
 
Göztəpə – Sivasspor 2:1
Qol: Nukan, 22. Tiyaniç, 80 – P.Enrike, 49-pen.
 
Kayserispor – Başakşəhər 1:0
Qol: U.Dəmirok, 73.
 
Trabzonspor – Girəsunspor 1:1
Qol: Kornelius, 78 – U.Nayir, 68.
 
Fənərbaxça – Altay 2:1
Qol: İ.Kahveçi, 37. S.Dursun, 71 – Rayan, 14.
 
20 yanvar
 
Rizəspor – Antalyaspor 2:1
Qol: Pohyanpalo, 43. G.Gönül, 58 – Rayt, 37.
 
Alanyaspor – Hatayspor 6:0
Qol: E.Akbaba, 17; 59; 74. Eduardo, 31. O.Aydın, 77; 80.
 
Qalatasaray – Kasımpaşa 1:3
Qol: H.Dərvişoğlu, 39 – Donk, 45+3. U.Bozok, 60. Varqa, 90+5.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi