- Türkiyə S.L.
- 22:00 22.11.2024
“Qalatasaray”ın futbolçusu Arda Turan Super Liqada “Kasımpaşa”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu, 1:3 hesabıyla məğlub olduqları matçı belə şərh edib:
“Komandanın hazırkı durumu bizə yaraşmır, utanmalıyıq. Mən buna görə utanıram. İşimiz çox çətindir, çox çətin vəziyyətdəyik.Həqiqətən bu vəziyyətdən çıxmalıyıq. Liqanı, çempionluğu itirdik. Avrokubok oyununa qədər özümüzü toparlamalıyıq.
Bu vəziyyətə görə biz gətirdik, qaçacaq deyilik.Bəlkə öz aramızda danışmağımız alınmır amma çıxıb mübarizə aparmalıyıq. “Qalatasaray” forması çox dəyərlidir.Bu vəziyyətdən utanmalıyıq”.
Qeyd edək ki, “Qalatasaray” Super Liqada 13-cü sıradadır.