20 sentyabr 2026. Bazar günü

İsgəndərlinin komandasına bir qol bəs etdi


İsgəndərlinin komandasına bir qol bəs etdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Adanaspor”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qələbə qazanıb - 1:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan azərbaycanlı futbolçu elə həmin dəqiqə də əvəzlənib.
 
“Keçiörengücü” 22 turdan sonra 26 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə