24 aprel 2026. Cümə

Qalatasaray Trabzonspor'a uduzdu


Qalatasaray Trabzonspor'a uduzdu
Türkiyə Super Liqasında 23-cü turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
 
“Antalyaspor” – “Qaziantep” və “Hatayspor” – “Rizəspor” matçlarında qapılara ümumiyyətlə qol vurulmayıb. “Kasımpaşa” doğma meydanda “Kayserispor”la, “Alanyaspor” isə səfərdə “Girəsunspor”la matçda inamlı qələbə qazanıb.
 
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” səfərdə “Altay”ın qonağı olub və minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü İstanbulda baş tutub. Lider “Trabzonspor” son turlarda uğursuz çıxış edən “Qalatasaray”ın qonağı olub. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbə qazanıb.
 
Türkiyə Super Liqası
23-cü tur
22 yanvar
 
Yeni Malatyaspor – Beşiktaş 1:1
Qol: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.
 
Adana Dəmirspor – Fatih Karagümrük 5:0
Qol: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.
 
Sivasspor – Fənərbaxça 1:1
Qol: P.Enrike, 74 – Zayç, 18.
 
Başakşəhər – Göztəpə 1:2
Qol: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.
 
23 yanvar
 
Antalyaspor – Qaziantep 0:0
 
Kasımpaşa – Kayserispor 3:1
Qol: K.Subaşı, 15-öz qapısına. U.Bozok, 39. A.Engin, 52 – Qavranoviç, 12.
 
Hatayspor – Rizəspor 0:0
 
Girəsunspor – Alanyaspor 1:3
Qol: U.Nayir, 41 – Davidson, 5. E.Akbaba, 6; 90+7.
 
Altay – Konyaspor 0:1
Qol: Koka, 68-pen.
 
Qalatasaray – Trabzonspor 1:2
Qol: Çikaldau, 31-pen – Bakasetas, 84. Vişça, 90.






Türkiyə S.L.

Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə