20 iyun 2026. Şənbə

Namik Ələskərovun komandasında rəhbər dəyişilir


Namik Ələskərovun komandasında rəhbər dəyişilir

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unda fövqəladə qurultay keçiriləcək.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirin vaxtı qarşıdakı həftədə açıqlanacaq.

Qurultayda hazırkı rəhbərliyin istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı